SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

11 mart üçün ulduz falı

11 Mart 2019 [10:55]
Qoç 
- günün ilk yarısında ehtiyatlı olun. İşdə rəhbərliklə mübahisə etməyin, riskli addımlar atmayın. Nələrsə dəyişir. Yeniliklərin məhvərini anlamağa çalışın. Maraqlarınızı nə qədər aktiv qorusanız, sədlərlə mənaeləri bir o qədər sürətlə dəf edə bilərsiniz. 

Buğa 
- mühüm planlardan birində önəmli dəyişikliklər gözlənilir. Yeni, mürəkkəb işə başlamayın. İşgüzar tərəfdaşlarla təmaslar xüsusi diqqət tələb edir.

Əkizlər
 - günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yenliklərə çox aludə olmayın.
Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin.

Xərçəng 
- qayğılarınız, görüləsi işləriniz artacaq. Problemlərin sayı sürətlə çoxalacaq. Birlikdə çalışdığınız insanların maraqlarını nəzərə alın, onların da mövqelərini düşünün. Tələb olmadan məsləhət verməyin.

Şir 
- günün ilk yarısında tərəfdaşlarla münasibətlərdə çətinliklər yaranacaq. Mövqeyinizi absolyut həqiqət saymayın. Qarşı tərəfin dediklərinə diqqətlə qulaq asın. Maraqlandığınız işin mübhəm təfərrüatları ilə tanış ola bilərsiniz.

Qız 
- yeni işlərlə tələskənliyə yol verməyin. Proseslərin sürəti azalacaq. Xərclərinizə fikir verin, bədxərclik etməyin. İlk növbədə, görəcəyiniz işlərlə bağlı qəfil xəbər alacaqsınız.

Tərəzi 
- məqsədə doğru birbaşa hərəkət əvəzinə çevik, bir qədər də hiyləgər fəaliyyətə üstünlük verin. Manevrlərin gözlənilməz nəticəsi olacaq. Sizi razı salan münasibətlərlə risk etməyin.

Əqrəb 
- yaranmış situasiya problemlərin həlli ilə bağlı müxtəlif variantlar təklif edir. Qəfil xəbərlərə fikir verin. Hansısa məsələ ilə bağlı mövqeyinizi kökündən dəyişəcəyiniz istisna deyil. Daha faydalı, cari işlərlə məşğul olun.

Oxatan
 - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Oğlaq
 - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkanlan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Dolça
 - aldığınız informasiyaları təhlil edin. Həmkarlar və tanışlarla danışıqlarda, müzakirələrdə diqqətli davranın. Bir müddət əvvəl təxirə saldığınız işləri unutmayın. İntuitiv olaraq yeni istiqamət seçə bilərsiniz.

Balıqlar
 - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Картинки по запросу ulduz falı