SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Fizuli Məmmədov Moskvada diaspor nümayəndələri ilə görüşüb

03 Aprel 2019 [04:41]
Toplantının ilk hissəsinin sonunda hüquqşünas-ekspert Nizami Bəşirov təşkilatın gələcək hüquqi fəaliyyətini dəstəkləyəcəyini bildirib.
«Dünya Azərbaycanlıları İttifaqının» və «Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun» Prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə aprelin 2-də Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. 

Tədbiri «DAİ»-nın vitse-prezident Ceyhun Əliyev açdı. Ceyhun Əliyev bütün qonaqları salamlayarag sözü «DAİ» və «DAMF» Prezidenti Fizuli Məmmədova verdi. Fizuli Məmmədov təşkilatların fəaliyyəti haqqında məlumat verdi, düny Azərbaycan diasporlarının bir təşkilat altında birləştirmə istəyini bildirdi. 

Fizuli Məmmədov Moskvada diaspor nümayəndələri ilə görüşüb

Sonra söz Moskva azərbaycanlılarının yerli milli-mədəni koordinasiya şurasının sədri və Rusiyanın Dövlət Duması deputatının köməkçisi olan Əli Əli oglu Kazımova verildi. Əli Kazımov, öz növbəsində, təşkilatın fəaliyyətindən bəhs etdi və Füzuli Məmmədovun Azərbaycan diasporlarını bir təşkilatla birləşdirmək fikrini dəstəklədi. 

Toplantının ilk hissəsinin sonunda hüquqşünas-ekspert Nizami Bəşirov təşkilatın gələcək hüquqi fəaliyyətini dəstəkləyəcəyini bildirib.