SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Doğu Perinçek: Ermənilər Paşinyan kimi şoumenlə heç bir problemi həll edə bilməyəcək - MÜSAHİBƏ/VİDEO

03 May 2019 [21:31]
Türkiyənin "Vətən” partiyasının sədri Doğu Perinçekin Azxeber-ə Azərbaycan – Ermənistan münasibətləri, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müsahibə verib.

Dunya-az.com həmin müsahibəni təqdim edir:

– Türkiyə – Azərbaycan münasibətlərini necə dəyərləndirirsiz?

– Türkiyə və Azərbaycan eyni kökdən, eyni soydan gələn xalqlardır. Biz Azərbaycanı özümüzdən kənar tutmuruq. Azərbaycan gülərsə biz gülərik, üzelərsə biz üzülərik. Biz 1 millət, 2 dövlətik. Hər zaman da xalqlarımız bir olub. Bu baxımdan düşünürəm ki, bu gün də həm dövlətlərimiz, həm xalqlarımız, həm də siyasətçilərimiz dostluq və qardaşlıq münasibətindədir. Biz də "Vatan” partisi olaraq Azərbaycana qucağımızı açmışıq, bizim partiya azərbaycanlıların öz evi kimidir.

– Siz erməni soyqırımının yalan olduğunu Avropa Məhkəməsində ermənilərə sübut etmiş siyasətçisiz. Sizcə Azərbaycan və Türkiyə haqq səsini dünyaya çatdırmaq üçün nə etməlidir?

– Ermənilərin bacardığı bir şey var ki, bərkdən qışqırmağı sevirlər. Bəli, mən İsveçrə məhkəməsində ermənilərə qalib gəlmişəm və sübut etmişəm ki, onlara qarşı soyqırım edilməyib. Soyqırımı sübut etmək üçün məhkəmə qərarı olmalıdır, bu yoxdursa qalanı təfərrüatdır. 1992-ci ildə Xocalıda da azərbaycanlılara qarşı amansızlıq yaşandı, orada yaşayanlar türk kökənli olduğuna görə soyqırıma məruz qaldı. Biz səsimizi duyurmaq üçün bir olmalıyıq, eyni nöqtəyə vurmalıyıq. Məncə biz güclənsək, dünya da bizim nə dediyimizi qəbul etməyə məcbur olacaq.

– Sizcə Dağlıq Qarabağ probleminin həlli sülh yoxsa müharibə yolu ilə mümkündür?

– Silahdan istifadə olunmadan bu problemin həlli mümkündür. Azərbaycan və Türkiyənin gücü qarşısında Ermənistanın təslim olacağını düşünürəm. Türkiyə və Azərbaycan İran və Rusiya ilə münasibətləri yaxşılaşdırsa, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. Məhz bundan sonra da Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı sona çatacaq. Ancaq müharibədən də qorxmaq lazım deyil. Burada əsas şərt Rusiya və İranla anlaşmaqdır.

– Bilirsiz ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlib və populist, şou tipli çıxışlarla diqqət cəlb etməyə çalışır. Sizcə Paşinyanın bu problemin həllində maraqlıdır?

– Ermənilərin heç bir köklü dövlət strukturu yoxdur. Onlar türklər kimi deyil. Məhz buna görə də bu işğalı sona qədər davam etdirmək şansları yoxdur. Ermənistan hökümətinin Paşinyan kimi şoumenlə heç bir problemi həll edə bilməyəcək. Buna görə də Ermənistan höküməti azərbaycanlılar və türklərlə münasibəti yaxşılaşdırmalıdır. Ermənistan dövlətinin başına xalqlarını düşünən, inkişafa aparan, şoumenlikdən uzaq insan gəlməlidir. Bu halda Ermənistan işğalçı siyasətindən əl çəkər və bölgəyə sülh gələr.

– "Vatan” partiyasının proqramında Dağlıq Qarabağ probleminin həlli yer alıbmı?

– Bəli, bayaq da qeyd etdiyim kimi, Dağlıq Qarabağ probleminin həllində Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq da. Azərbaycanın problemi Türkiyənin də problemidir.

Biz də partiya olaraq Qarabağ məsələsini proqramımıza daxil etmişik və bildirmişik ki, bu məsələdə Rusiya və İran faktoru çox önəmlidir.

Amerika hər zaman bu bölgəni qarışdırmağa çalışır, biz bu şeylərə aldanmalı deyilik. Regionda hakim olan ölkələrlə dost olsaq, Qarabağ problemi də həll olunacaq. O gün uzaqda deyil.