SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“Qarabağdakı qızıl mədənlərində işlədilən azərbaycanlı əsirlərin əksəriyyəti xərçəngdir...”

06 May 2019 [00:28]
"25 illik atəşkəs dövründə Ermənistan qızıl ehtiyatlarını 6,5 dəfə artırmışdır!..”
Xəbər verdiyimiz kimi, Moderator.az-ın rus versiyası  tanınmış tədqiqatçı professor Rövşən Novruzoğlunun rus dilində çapa hazırlanan "Zəhərli dairə. 

Yaxud erməni qeyri-hökumət təşkilatları Azərbaycan xalqının genefondunu necə zəhərləyir?” kitabının ən maraqlı məqamlarını təqdim etməyə  başlayıb. 


Əsərdə Orta əsrlərdən bəri, o cümlədən sovet dövründən ta bu günlərədək ermənilərin ayrı-ayrı adamları, qrup və ya müxtəlif adlar altında gizlənmiş terror təşkilatlarının Rusiya, Avropa, Amerika və s. kəşfiyyatlarınn himayəsi altında Azərbaycan xalqının genefondunun birbaşa və  ya tədricən zəhərlənməsi, ayrıca dövlət xadimlərinin, sərkərdələrin, say-seçmə ziyalıların sıradan çıxarılması üçün gördükləri təxrubatçı işlərdən  bəhs edilir.

 Əsərdə  nəinki 1980-1990-cı illərdə, eləcə də 2000-ci illərin sonlarında erməni kəşfiyyatçılarının  Bakıda və bir sıra bölgələrdə Azərbaycanın idarə, müəssisə və QHT-lərinə nüfuz etdiyi, hətta onlarla  erməni qızının azərbaycanlı gənclərlə ailə qurmasına şərait yaratdığı göstərilir. 


Müəllif – professor, keçmiş "KQB” polkovniki  R.Novruzoğlu iddia edir ki,  əsərdəki fakt və olaylar mötəbər mənbə, arxiv və kəşfiyyat materiallarına istinadla toplanıb.

Beləliklə, bəhs edilən kitabın kütləvi oxucu üçün ən maraqlı, tarixi və siyasi əhəmiyyətli parçalarının tərcüməsini nəzərinizə çatdırırıq: 
 

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/267654.html)


"...23 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ ərazisində  qondarma "respublika" formalaşdırmağa cəhd edən Arkadi Qukasyan öz daxili sərəncamı ilə Xankəndində "Dövlət Şurası” yaradır. 

11 üzvdən ibarət olan bu saxta "Şura” əsasən fövqəladə hallar, xarici kreditlər və investisiyalarla məşğul olmalı, "İqtisadiyyatdakı demokratik islahatlar" və "Ekoloji mühit" kontekstində proqram tezislərini hazırlamalıydı... 


Əldə edilən məlumata görə, qondarma  respublikanın keçmiş terrorçu "prezidenti"  A.Qukasyanın 6 məsləhətçisindən 3-ü və 4 köməkçisindən 2-i xarici dövlətlərin vətəndaşları, əsasən ATƏT üzvü olan ölkələrdən idilər. 

 A.Qukasyanın təhlükəsizlik  üzrə məsləhətçisi ABŞ-ın keçmiş zabiti, bakterioloji silah mütəxəssislərindən olan Corc Suniya, investisiyalar, kreditlər və onların paylanması üzrə müşaviri Rolf Olson (İsveçrə), miqrasiya üzrə  koordinatoru Mişel Liotar (Fransa), sərhəd məsələləri üzrə məsləhətçisi Rusiyadan-  uzun müddət Naxçıvanda sərhəd zastavasında xidmət etmiş keçmiş sərhədçi, polkovnik Aleksandr İvanoviç Bezrukov,   ekologiya və iqtisadiyyat üzrə məsləhətçisi isə Avropa ölkələrinin birindən olan  Edmund Biski idi... 

Azərbaycan sadalanan faktlar çərçivəsində ciddi tədqiqat aparmalı, əlavə məlumatlar beynəlxalq hüquq çərçivəsində təhlil olunmalıdır. Yuxarıda göstərilən vətəndaşların işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətinə gəldikdə isə,  hər hansı bir demokratik ölkə üçün bu, hüquqa zidd sayılmalıdır... 

Araşdırmalardan sonra A. Qukasyan tərəfindən yaradılmış qondarma "Şura”nın üzvləri Dağlıq Qarabağa dair  uzunmüddətli proqramın tezislərini  işləyiblər. Bizim məlumatlarımıza görə, Dağlıq Qarabağa dair Fransanın 71, Rusiyanın 83, Almaniyanın  iştirakı ilə isə 29 strateji proqram qəbul edilmişdir.  Proqramlar ciddi və səmərəli sayılıb, şübhə doğurmayıb... 

Rəsmi sənədlər, istintaq və arxiv materialları, video və audio sənədlər əsasında əldə edilmiş nəticələr  fakt və rəqəmlərin NATO və ATƏT-ə üzv olan ölkələrin diplomatlarından gələn bütün məlumatları inkar etdiyini göstərir... 


Bizdə olan məlumatlara görə,  məsələn, işğal olunmuş ərazilərimizdə ilk qızıl əməliyyatları "Gold Armeniya" şirkəti və ABŞ-ın "Clobal Gold" şirkəti tərəfindən  birgə aparılmış və 1997-ci il mayın 15-də onlara Kanadanın "FD"  firması da qoşulmuşdur("Kanadanın maliyyə xəbərləri”, "Toronto, Kanada, 2010, №29). 

Nəticədə, Azərbaycanın işğal olunmuş ərazilərində - Kəlbəcərdəki Soyudlu və Qızılbulaq, Zəngilandakı Vejnəlı qızıl yataqlarının istismarı başlandı. Və  ABŞ-ın digər şirkəti - "R.V.İnvestment " də əməliyyatlara qatıldı. Hətta həmin şirkətlər arasında  "Productin-sering" tipli müqavilə imzalandı. 

Həmin müqavilənin şərtlərinə əsasən,  yataqlardan əldə edilən gəlirlərin 51% -i- on min tonlarla qızıl, gümüş və mis  Azərbaycana verilməli idi . Bəs nə oldu? Yalnız 1994-cü ildə Qızılbulaq qızıl yataqlarında 13,5 ton qızıl ehtiyatı var idi. Bu gün isə erməni ekspertlərinin hesablamalarına görə,  orada  yalnız 2.3 ton qızıl ehtiyatı qalır. Və bu müddət ərzində 

Bu faktları araşdırmaq üçün, amerikalı diplomat Reno Narşinə  "Clobal Gold” və "R.V. İnvestment”  şirkətlərinin "Artsax xəbərləri" qəzetinin 2010-cu ilin mart-aprel aylarında Xankəndində nəşr olunmuş nüsxələrindəki maliyyə və bank sənədlərini araşdırmaq  kifayət edərdi  (" Commercial and Chronicle ", Nyu-York, 2008-ci il, № 9, New York Times qəzeti, 21 oktyabr 2008-ci il)...  

Materiallarda o da göstərilir ki,  Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl mədənlərinin tunellərində yüzlərlə azərbaycanlı  əsir işləyir. Bu əsirlərin əksəriyyəti xərçəngdən əziyyət çəkir, bəziləri isə artıq ölüb...”


Təqdim etdi: Sultan Laçın