SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

“İçərişəhər” Qoruq İdarəsinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü keçiriləcək

15 May 2019 [15:21]

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "açıq qapı” günü elan edib.

Qoruq İdarəsindən mətbuata bildirilib ki, həmin gün paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.