SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

ABŞ prezidentinin korteji qəzaya uğradı - FOTO

16 May 2019 [13:28]

ABŞ Prezidenti Donald Trampın korteji Luiziana ştatında yol-nəqliyyat hadisəsi ilə üzləşib.
 Ağ Evin başçısı Hakberri şəhəri istiqamətində hərəkət edirmiş.

Qəza Leyk-Çarlz yaşayış məntəqəsi yaxınlığında baş verib.


Amerika liderinin avtomobilinə ziyan dəyməyib, amma korteji müşayiət edən 3 motosikletçi polis zədələnib. Bu barədə özünün "Tvitter” hesabında Ağ Evdə akkreditasiyadan keçmiş "Bloomberg” agentliyinin müxbiri Cennifer Ceykobs məlumat verib:

"Biz bir neçə polis əməkdaşını yerdə yaralı vəziyyətdə gördük. Onlardan biri əlindən ciddi zədə almış və bir neçə dişini itirmişdi. Qəzadan sonra şose bütün nəqliyyat vasitələri üçün bağlanıb”.

Ağ evin mətbuat katibi Sara Sanders yolda insidentin baş verdiyini təsdiqləyib, ancaq bunun səbəbini açıqlamayıb.