SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Azərbaycanda “Qaloş piri” biabırçılığı - Görüntülərin çəkildiyi yer məlum oldu - VİDEO

10 Iyun 2019 [00:37]
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub.
Videoda "Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Yeniavaz.com xəbər verir ki, məsələni oxu.az-ın əməkdaşı araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib.

Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb.

Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar.

Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.