SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Vəkili döyən polislərə cinayət işi açıldı

10 Iyun 2019 [02:07]
Vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən 4-cü Polis Bölməsinin əməkdaşlarına cinayət işi açılıb.
Bu barədə vəkil Adəm Məmmədov "facebook" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, bölmə rəisinin müavini və digər polis işçiləri barədə Bakı şəhər Prokurorluğu tərəfindən AR CM-nin 4 maddəsi üzrə fakta görə cinayət işi başlanılıb.

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.