SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Teymur Rəcəbov Almaniyada liderlər sırasında

19 Iyul 2019 [01:25]
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, dördüncü turda şahmatçımız Teymur Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib.

Dörd turun nəticəsinə görə Teymur Rəcəbov liderlər sırasında yer alıb: 2,5 xalla o 2-4 yerləri bölüşdürür. Turnir cədvəlinə amerikalı qrossmeyster L. Dominqes başçılıq edir.

Beşinci turun oyunları iyulun 19-da keçiriləcək.