SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Anar Məmmədxanovun doğum tarixidir

20 Iyul 2019 [14:21]
Milli Məclisin keçmiş deputatı, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun doğum tarixidir.

 Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A.Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsrin çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 


1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Üç övladı var.


Anar Məmmədxanov 2011-ci il aprelin 23-də qəfil ürək tutmasından vəfat edib.