SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Tunis prezidenti vəfat edib

25 Iyul 2019 [16:22]
Tunis Prezidenti Beji Kaid əs-Sebsi ölkənin paytaxtındakı hərbi xəstəxanada vəfat edib. Bu barədə ölkənin Prezident Administrasiyasından məlumat verilib.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, siyasətçi 92 yaşında dünyasını dəyişib.

Son aylarda Tunis prezidenti səhhəti ilə bağlı dəfələrlə xəstəxanaya yerləşdirilirdi.

O, 2011-ci il dekabrın 24-də Tunisin baş naziri, 2014-cü il dekabrın 31-dən isə prezidenti olub.