SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Putin Türkiyəyə qarşı sanksiyaların bir hissəsini ləğv edib

25 Iyul 2019 [16:47]
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı bəzi xüsusi iqtisadi tədbirləri ləğv edən bir sərəncam imzalayıb.

Dunya-az.com RT-yə istinadla verdiyi xəbərə görə, müvafiq sənəd rəsmi hüquqi portalda dərc edilib. 

Məlumata əsasən, xüsusi və xidməti pasportu olan Türkiyə vətəndaşlarına tətbiq edilən viza rejimi ləğv edilib.

Qeyd edək ki, 2015-ci ilin noyabrında Türkiyə Rusiyaya aid "Su-24" təyyarəsini vurduqdan sonra Rusiya bir sıra sanksiyalar tətbiq etmişdi.