SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Çeçenistanda altı yaşlı uşaq Kadırovun mühafizəçisi olub

25 Iyul 2019 [16:57]
Çeçenistan rəhbəri Ramzan Kadırov, altı yaşlı Maqomed-Emi Qazıyevi təhlükəsizlik əməkdaşı olaraq işə götürüb. 



Dunya-az.com RİA Novosti-yə istinadla xəbər verir ki, uşağın valideynləri internetdə onun Çeçenistan liderini qorumaq istədiyini göstərən video yayımlayıblar. Videonu izləyən Kadırov Qazıyevin arzusunu həyata keçirməyə qərar verib.

"Bu gündən etibarən heç nəyə görə narahat olmaq lazım deyil. Dünyada bənzəri olmayan peşəkar bir mühafizəçim var", deyə  İnstaqram-da yazıb.

Çeçenistan rəhbəri əlavə edib ki, gənc olmasına baxmayaraq uşaq "cəsarət və qətiyyətlidir".